First Chapter (Childhood)
First Chapter (Childhood)
Ön Hissə



  İlk öncə demək istərdim ki, kitabda yazılan əksər hadisələr real həyatda baş verənlərə köklənir. Kitab vasitəsilə sizlərə çatdırmaq istədiyim bir çox dəyərli və həqiqət olan fikirlər vardır. Ümid edirəm, ilk yazdığım kitab olsa da, axıcıdır və hadisələr bir-birini tamamlayır.
  Kitabın yazılması, nəzərimdə tutduğum uzun müddətdən asılı olaraq, tam məğzi qısa bir məzmunda sizlərə çatdırmaq, mənim üçün biraz qəliz oldu. Ümumən, fikirlərin əsasları insan psixologiyasına və fərqli düşünməyə çalışan insanların həyatlarına dayanır. Real hadisələri dərindən anlamağa və onları yaşamasanız da, ən azından hiss etmənizə yardımçı olacaqdır.
  Söhbət kiçik yaşlarından, həyatında baş verən hadisələri fərqli anlamağa çalışan Ali`dən gedir. 5 yaşından hekayəsinə başlayan Ali, uzun və çox mənalı bir həyat keçirir. Qədim tarixi köklərə malik olan, böyük bir kənd mühitin də, nənələri ilə birlik də yaşayır. Elə Alinin, hadisələri mənalandırması, nənələrinin fikirlərinə əsaslanır. Kənd həyatının və yaşlı qadınların həyat təcrübələri., həyatın kiçik bir uşağa verə biləcəyi ən böyük tövhələrdəndir. Bu tövhələrin zaman keçdikcə, Alinin daxili xarakterini daha da, dərinləşdirir. Hər anın, xüsusi bir anlamı olduğuna inanan Ali, bir çox şeyləri möcüzə saymağa başlayır. Tamam fərqli inanclara yiyələnir. Əlbət, bunda ətrafının böyük təsirləri vardır. Dostluğun və sevginin daha güclü bir hislər olduğunu anlayan kiçik yaşlı dostumuz, yaşının artmasından sonra bu anlamdan tamam fərqli düşünməyə başlayır. Bir tərəfdə, bir-birini izləyən maraqlı və real hadisələr, digər tərəfdən isə onlara verdiyi reaksiyaları ilə fərqlilik yaradan kitabın qəhrəmanı sizləri həyata fərqli tərzdə baxmağa sövq edəcəkdir. Ən azından buna ümid edirəm. Əgər bunu oxuyub bitirdinizsə, deməli həyatın ən çətin şeyi olan, bir işə başlamağın öhdəsindən gəldiniz və bu kitabı bitirmək, sizin hədəflərinizdən biri olmalıdır.



1-ci Hissə ( A Little Pure Boy )
Nənəsi ilə kiçik, qədim bir kənddə yaşayırdı. Real həyatla ilk tanış olanda, onun 5 yaşı var idi.
Ali bir az səfeh və çox saf idi. Yaz səhərləri həmişə erkən oyanıb, oyandıqdan sonra isə toyuq hininə gedirdi. Təmiz yumurtaları səbətə qoyub, çirkli olanları isə toyuğun altına qoyurdu. Nə etdiyini bilməsə də, bunu etmək əyləncəli idi. Bu zaman məktəbə tələsən uşaqların səsi yoldan gəlirdi. Cəld qaçaraq, üzüm salxımları ilə örtülmüş kiçik su anbarının üzərinə qalxırdı. Onların hara getdiklərini bilmirdi. Nənəsi bunu görəndə həmişə əsəbləşib, qışqırırdı.
Nə deyəcəyini bilməyən nənəsi, onun nə etdiyini anlamağa çalışırdı. Bütün şagirdləri salamlayıb, onlara gülürdü. Şagirdlər bu balaca uşağın dəli olduğunu düşünürdülər. Çünki səhər saat 7-də hər kəs yatmaq istəyərdi. O, bunu niyə etdiyini anlamasa da, bəzi şeyləri etməkdən, sadəcə zövq alırdı.
  Kənd camaatı günortadan sonra normal istirahət edirdilər. 2-3 saat hər kəs yatmalı idi. Bu artıq məcburiyyət halını almışdı. Çünki, çöldə o qədər isti olurdu ki, hamı gün batımını gözləmək üçün sərin evlərinə toplaşırdı. Ali əlbət, yatmağı sevmirdi. Yenə fərqli bir şeylərin axtarışında idi. Yatmaq əvəzinə həmişə qaçırdı. Ancaq otağından gizlicə qaçmaq çox çətin idi. Köhnə ev olduğundan, cırıldayan döşəmə və qapılar hər şeyi daha da pisləşdirərdi. Buna baxmayaraq, nənəsinin qoca və zəif eşitməsi ona kömək edirdi.

  Ali azadlığı üçün mübarizə aparırdı. Bunun qadağan olduğunu bildiyi halda, azadlığını və maraqlarını üstün tuturdu.. Özü ilə bir döşək, bir qutu və kiçik bir divan örtüyü götürürdü. Birinci, həmişə evin ətrafındakı bağın ən gözəl yerini tapırdı. Həm də göy üzünü görmək üçün yaxşı bir yer olmalı idi. Yer tapdıqdan sonra örtüyü yaşıl otların üzərinə atırdı. Kiçik döşəyi bir kənara atır və qutunu özü ilə götürürdü. Bağdakı bütün meyvələrdən yığırdı. Yetişmiş və ya yetişməmiş, fərqi yox idi. Cürbəcür gavalılar, üzüm, zoğal, ərik, şaftalı, alma, armud və s. toplayırdı. Və həmişə nənəsinin uzun yoldan çətinliklə daşıyıb gətirdiyi, bir banka bulaq suyu var götürürdü. Səmaya baxıb, üzümdən və şaftalıdan yeyirdi. Həmişə səmada buludları və onlar üzərində əks edən günəş şüalarını seyr etməyi sevirdi. Hərdən isə sərin meh olurdu və quşların dəfələrlə oxuduğu mahnılarla birlikdə şirin bir yuxu gətirirdi. Ancaq söhbət Alidən gedirsə, yatmamaq üçün hər şeyi edərdi. Yatmağı anlamırdı və heç vaxt başa düşməzdi. Əslində o, doğru anlamışdı. Yatmaq, yuxular bizim zamanımızın, oğrularıdır.
Bütün meyvələri yedikdən sonra bir qab götürüb yola davam edirdi. Saat 5-6-da darvazanın ağzında, su kanalının ətrafındakı kəpənəklərdən və bütün uçan həşəratları tutaraq, həmin qaba salırdı. Ali sadəcə onları araşdırmaq istəyirdi. Beləliklə, bankaya yığdığı həşəratlarla gizlincə öz otağına qayıdırdı. Qapını bağladıqdan sonra bankanın ağzını açırdı. Əvvəlcə kəpənəklər uçurdu. Daha sonra digər həşəratların hər biri, tərəfə dağılırdı. Hamısını seyr edirdi. Ancaq bir şeyi başa düşmürdü. Hər gün gətirdiyi böcəklər qaçırdı. Kəpənəklər ölürdü. Ali onlara zərər verməsə də, onları öz otağında saxlaya bilmirdi. Bunu başa düşmürdü. Ancaq bir gün anlayacaqdı, heç kimin və heç nəyin azadlığı əlindən alına bilməz. Özü azadlığı uğrunda mübarizə aparsa da, düşünmədən başqa canlıların azadlıq hissini əllərindən alırdı. Çünki o, insan idi.
  Bir gün yeni bir şey kəşf etdi. Tut ağacının üstündə bir yer var idi. Budaqlar kiçik bir oturacağa bənzəyirdi. Bu, Alinin marağına səbəb oldu. Orada özü üçün bir yer düzəltdi. Ətrafında çox böyük, qara və şirin tutlar ilə sarılmışdı. Olduqca rahat bir yerdə idi. Bu ona kənarda baş verənləri izləməyə imkan verirdi. Ancaq onu heç kim görə bilmirdi. Görünməz olduğunu düşünürdü. Bu ona inanılmaz dərəcə də əyləncəli gəlirdi. Ağac hündür və qoca idi. Çox vaxt heç kim yoldan keçməzdi. Hava çox isti olduğundan hamı istirahət edirdi. Rahatlığını, insanları izləməkdə tapan, amma görünməz olduğunu düşünən kiçik dostumuz, əslində həyatın ona verdiyi dərsləri anlamadan öyrənirdi.

  Alinin yaşı 6 olduğunda bağçaya getməli oldu. Bu onu sevdiyi həyatdan biraz uzaqlaşdırdı. Daha sonra o, məktəbə getməli olduğu üçün kəndə tez-tez gələ bilmədi. Məktəb başlayandan sonra kəndə yalnız yay tətilində gedirdi. İlin qalan aylarını ailəsi ilə birlikdə şəhərdə, kənddən çox uzaq bir yerdə keçirirdi. Bura da, Alinin dostları çox deyildi. Başqalarına nisbətən özünə ən yaxın (asosial) biri idi. İlk məktəbə getdiyində də, bunu göstərirdi.
Bağçada olduğu dönəmlərində, sevmədiyi bir çox şeyləri etməyə məcbur edilirdi. Məsələn, hər kəslə eyni şeyi etməyi sevməzdi. Sadəcə dostları ilə birlikdə oynamağı, yeməyi, paylaşmağı sevirdi. Hər kəsin bir yerə toplanılıb, sevilən bir mahnını xor şəkildə oxuduğu bir məqam var idi. O, yalnız pianino da, gözəl ifa edən məlliməsini və digər uşaqları seyr edirdi. Çünki anlaya bilmədiyi bir şey var idi. Bağçada hər kəsə pis davranan məlliməsini və uşaqların bir-birini sevmədiyini, hər zaman dalaşdığını görən Ali, musiqi başladığın da, hər kəsin necə bir olmasını, şən və musiqini dərindən hiss edib, əylənməsini anlaya bilmirdi. Zaman, ona həyatın əslində bir nəğmə olduğunu anladacağı dönəmə gətirməmişdi. Musiqinin də, dərin bir hiss olduğunu anlayacaqdı.
   Sevdiyi bir oyun var idi. O vaxt oyunun mahiyyətini anlamırdı. Bu, ümumiyyətlə bildiyimiz adi bir strategiya oyunu idi. Ancaq Ali bunu 7-8 yaşlı bir uşağın ağlı üçün etməsinə baxmayaraq, bunu fərqli bir şəkildə oynadırdı. Yenə necə etdiyini və ya nə etdiyini anlamırdı. Sadəcə zövq alırdı. Beləliklə, oyunun mahiyyəti budur:
Böyük bir ordu başqa bir orduya qarşı vuruşurdu. İstifadə etdiyi oyuncaqlar, aldığı və hazırladığı şeylər idi. Hər iki ordu payını bərabər bölürdü. Onların da məğlub olmasını istəmirdi. Ancaq bilirdi ki, sülhdən çox straggiyanı sevir. Ən sevdiyi oyuncaqlar, qəhrəmanlar idi. Onlara fantastik güclər verirdi. Çox vaxt duelo döyüşü müharibənin həlli olardı.
Yaxud 2-3 gün döyüş barədə düşünürdü və yenidən hər şey canlanırdı. Anası onu yeməyə çağırdığında belə, qəzəblənib yemək yeməzdi. (Oyunlar, ümumiyyətlə uşaqların qabiliyyətlərini və psixoloji fikirlərini ortaya qoymaq üçün əla və əyləncəli bir fürsətdir.) Həmişə bir adamın strategiya oyunlarında fədakarlıq göstərməsi fikri xoşuna gəlirdi. Yəni "hamı üçün bir nəfər, hamı bir nəfər üçün" ifadəsinin birinci tərəfini işlədirdi. Əsgərlərin hamısının sağ qalmasını istəyirdi, ya da heç birinin.
Əslində qələbəyə inanırdı. Amma hansı tərəfdən olduğuna qərar verə bilmirdi. Haqqı olana qələbə verməli idi, ya gücü yetənə verməli idi. Oyunda olduğu kimi, hər 2 variant əlində idi. Bir tərəf təmiz qələbə qazanmalı idi, bir tərəfi tamamilə itirməli idi. Orta nöqtə yoxdu. Anlamasa da, nə istədəyini bilirdi. Həyatında bir oyun kimi oynamalı olduğunu öyrənəcəkdi. Ya tamam, ya yox. Risk və nəticə = 100%(Bəzən belə olmur). Bu oyundan sonra daha fərqli və daha anlam daşıyan şeyləri də, düşünməyə başladı. Oyun əsnasında özünü tanrı kimi hiss etməyə başlamışdı. Bunu heç amma heç anlamasa da, belə hiss etmək onu inanılmaz xoşbəxt edirdi və digər tərəfdən məsuliyyət yükləyirdi. Ona ümid bağlayan əsgərləri düşünürdü. Hər iki tərəfin də ondan kömək istədiyini düşünsək, sizcə nə etməli və ya necə düşünməli idi. Bu barədə daha aydın fikirlərə və həqiqətlərə ulaşa bilmir. Çünki ailədən gələn və böyüdüyü ətrəfın təsiri onda tanrı xofu(qorxusu) yaratmışdı. Uşaq olduğu üçün bu barədə düşünmürdü. Möcüzələrə və mistikaya inan Ali, tanrının varlığı ən böyük möcüzə sayırdı.
  Bu xarakterlərdən biri idi. Sevdiklərindən birini itirməyə imkan verməyəcəyini düşünürdü. Ta ki, həyat ona gözlənilməz hadisələri və reallıqları çatdıracağı günə qədər.
© Ali Gurbanov,
книга «A boy who didn't know what real life is.».
Коментарі
Упорядкувати
  • За популярністю
  • Спочатку нові
  • По порядку
Показати всі коментарі (10)
preeti kaur
First Chapter (Childhood)
it is nice
Відповісти
2018-09-06 03:48:46
2
preeti kaur
First Chapter (Childhood)
Відповісти
2018-09-06 03:49:11
2
Donny
First Chapter (Childhood)
I think im the only one confused about the character(s) but I know for sure this book will be good along with the following chapters 🙂
Відповісти
2018-11-07 01:35:26
1