Bilinmir.
Bilinmir varlı ya kasıbıq. Bilinmir çox şey istəyirik ya aza qane olmağı bacarmırıq.
Bilinmir milyonluq xəyallar qurarkən olmayacağını anlayırıq yoxsa özümüzü anlamamazlığa vururuq. Bilinmir sözümüzün quluyuq yoxsa ağası. Bilinmir məqsəd vacibdi yoxsa axır nəticə. Bilinmir səhv edən insan birbaşa günahkardı yoxsa son məhkəməsini gözləyən bir məhkum.(insanları səbəbin bilmədən qınamayaq, son qərarı biz vermirik axı). Bilinmir insanlara nə isə danışanda dinləyir yoxsa səni yalandan dinləyərkən öz özüylə danışır. Bilinmir bizə sevgi şeirləri,romantik əsərlər lazımdı yoxsa din, fəlsəfə, əxlaq, mənəviyyat. Bilinmir niyə hələdə susuruq danışmağı unutmuşuq yoxsa danışa bildiyimizi. Bilinmir niyə pul bu qədər çox sevilir, bəlkə pul ona sahib olan insanlara görə sevilir. Bilinmir nə istəyirik və nə istəyərkən nə itiririk. Bilinmir dindarıq ya sadəcə özünə müsəlman deyən bir cəmiyyət. Bilinmir nə vaxt qazanacıyıq istədiyimiz hərşeyi, bəlkədə (özlüyümdə əminəm) Tanrı onları bizə verib sadəcə axtarmaq lazımdı biraz...
Biz bir olsaq hərşeyə nail olarıq.
Amma şərt çox ağırdır "BÎZ BÎR" olSAq...
(Minlərlə kiçik ipləri bir-birinə calasaq kilometrləri qət edə bilərik)...
Elmir Azad. "Absurdistan"
08.08.2018

Коментарі
Показати всі коментарі
(1)