Çevrilmə
Həyatın öz axını ilə davam etdiyi günlərin birində anlıq bir qərar verdim. Bu qərar deyəsən ani deyildi. Bəlkədə uzun müddət məni arabir narahat edən səbəbi tapmışdım. Artıq özümlə tanış olmaq, onla söhbətləşmək və həqiqi məni kəşf etmək istəyirdim. Amma necə? Hardan başlamalıydım, bilmirdim. Sadəcə çırpınırdım. Özünün bu dünyada varlıq səbəbini, ali məqsədini tapmaq istəyən bir gəncin çırpınışı. Necə səssiz çırpınış idi, amma bir o qədər də dağıdıcı. Özümü toplayıb bir qərara çatmalıydım. İlk olaraq adımı dəyişməli idim. Nəticədə o adı özül seçməmişdim, sadəcə mənə onu vermişdilər. İndi isə mən özümə ad veməliyəm, sonra isə yeni adımla özümü başdan ayağa kəşf etməliyəm. Və budur. Yeni adım Fərmandır. Səbəbsiz, sorğusuz. Sadəcə belə istəyirəm. Bəli, ürəyim belə istəyir. İndi isə bu sonsuz kainatın bir qırağında nöqtə qədər belə olmayan planetimizdə özüm üçün çox böyük kəşf yoluna başlamalıyam. Nə istədiyimi, kim olduğumu, nə olacağımı kəşf etməliyəm. Bəli kəşf. Kəşfin ixtiradan fərqi odurki onsuzda mövcuddur və sən onu üzə çıxarmalısan. Nyutonun başına alma düşməsə belə cazibə qanunu mövcud idi. Nyuton sadəcə onu kəşf etdi, varlığını dərk etdi və sonrada digərləri üçün izah verdi. Bizimdə həqiqətimiz, ali məqsədimiz mövcuddur, bəlkədə hamımız üçün fərqli və ya eynidir. Amma mövcuddur. Bizə isə sadəcə onu kəşf etmək qalır. Elə isə yeni ad, həyəcan, inam və iradə ilə onu tapmaq lazımdır. Yeni adımıza, ali məqsədimizə, gələcəyimizə çatmaq üçün, qısacası çevrilmək üçün kəşfə məcburuq. Elə isə kəşf edək və çevrilməni uğurla başa çatdıraq. Ümidvaramki istəyən hamı bu çevrilməni yaşayıb layiq olduğu, özünün seçdiyi ada çatacaq. Uğurlu çevrilmələr.
Коментарі