Блог
Всі
Книги
Всі
Вірші
Всі
Sənə ithaf
Qardaşlar içində uca ad aldın
Əməlin ölməzdi, tarixdə qaldın
Düşməni qurduğu tələyə saldın
Sən dahi insansan, ucadan uca
Uğur qapıların bir-bir açmısan
Sən durmamısan haqqa qaçmısan
Birinci dərəcə birə çatmısan
Ağıl sahibisən, zirvədən zirvə
Təriflər biryana həqiqət deyək
Açığı cahilsən, izn ver gülək
Elmindən danışki, biraz biz bilək
Təkəbbür əhlisən, alçaqdan alçaq
Haqqsızlığa qarşı sözmü demisən?
Sən halal yox ancaq haram yemisən
Məzlum ah-naləsin eşitməmisən
Sən axmaq məxluqsan, zərrədən zərrə
Aynanın önündə sənə baxıram
Baxıram üzünə misra yazıram
Sus bir həqiqəti deyim, hazıram
Həm təqdir həmdəki təhqir yazıram
13 iyul 2024
0
0
52