Hər günə bir şükür
Hafizəi bəşər nisyan ilə məluldur
İnsanın yaddaşı unutmağa məhkumdur.
Hər gün insanın nə qədər unutqan az şükür edən olduğu düşünürəm. Allahın bizə verdiyi ömür payına "hər günə" belə nankorluq edirik. Hər səhər yuxudan oyanarkən bu günə şükür deyib oyandığım, daha bir gün oyanma haqqı verildiyi üçün xoşhal olmağa qərar vermişdim. Amma günlər keçdikcə başa düşdümki səhər oyananda hər günə bir şükürü belə çox görürük. Bu qədər unutqan və nankoruq. Bizə verilənlər qarşısında çox az şükür edirik. Bir müddət sonra isə hər gün oyananda şükür etməyi unutduğum üçün özümü günahlandırmağa başladım. Sonra fikirləşdimki olmazmıki şükür etməyi unutduğum üçün özümü günahlandırmaq yerinə ilk xatırladığım an şükür edim? Gərək elə səhərin sübh çağında olsun minnətdarlıq? Beləliklə başa düşdümki insanın unutqanlıq sərhədi o qədər genişdiki o bəzən unutduğunu belə unuda bilir. Bir gün öləcəyini belə unudur. Sanki ölümsüzmüşcəsinə yaşamağa davam edir. Bəlkə də bu yaddaşla yox insanın həqiqətlərdən qaçmaq istəməsindən yaranır. Amma son nəticədə insan unutmağa meyillidir və yaddaşı unutmağa məhkumdur.

Коментарі