Sübut et
Kimləsə yarışa girən şəxslər özünü sübut eləməyə çalışan insanlardı, amma onlar dərk etməlidilərki, elə bir həyat yaşamaq lazımdır ki, heçvaxt özlərini sübut eləməyə ehtiyac duymasınlar. Ətrafındakı insanlar onu sübutsuz olduğu kimi qəbul etməyə hazır olsunlar. Sübut əslində nəyisə olduğundan daha yaxşı, mükəmməl göstərən bir şeydi. Bu halda biz özümüzdə olan hər hansı bir xüsusiyyət və bacarığı özlüyümüzdə olduğu kimi qəbul edir, ancaq başqaları üçün pis davranış, vərdişləri ört-basdır eləməklə məşğul oluruq. Özümüzü ətrafımızdakı insanlara olduğumuz kimi qəbul elətdirmək yerinə onlara mükəmməl bir insan modeli çəkmək üçün özümüzü hər cürə hilədən istifadə etməyə məcbur hiss edirik. Əslində "Sübut" özündə inam,məsuliyyət,düzgünlük,yalançılıq, saxta dünyagörüş, həddindən artıq şişirdilmiş həqiqətlər, çox inandırıcı yalanlar, inandırıcı olmayan doğrular, cinayətin şahidi olan adamın ağzından qorxa-qorxa çıxan sözlər, mühitdə həll olunmağı gözləyən ən dərin problemlər, palçıq yoxsa meymun,tarixlər,dinlər və s. kimi birçox qolu özündə birləşdirən bir elmdir.
"Sübut et" elmi... Hansı ki, illərlə müxtəlif sənətlər, idman növləri, iqtisadi-sosial elmlər, ərazilər, müharibələr, dünyəvi baxışlar, ideologiyalar, fəlsəfi fikirlər, dinlər, hərəkatlar, təşkilatlar, cəmiyyətlər, liderlər, liderlik fəlsəfəsi kimi şeylərin bəşər üçün "özünü sübut" etmək məcburiyyətindən asılı olaraq ümumi toplu əmələ gətirmişdir və insanlar arasında sadalananlarda bir rəqabət, fikir irəli sürmək, son nəticədə fikrini əsaslandırmaq...."sübut etmək".
Və illərlə davam edən "sübut et" kompaniyası insanları hələdə bundan asılı bir yaşayışa məcbur edir və bunu yüzillərdir bacarır.
Yekunda torpaqların ona məxsus olduğunu sübut üçün 1 dövlət digərinə qarşı qırğın törədir, idmançılar rəqibinə qarşı amansız olub hətta real həyatda da davam edən düşmənçilik yaradır, hər millət özünün üstün olduğunu, hamı daha gözəl olduğunu, varlılar bir-birindən daha varlı, kasıblar daha kasıb olduğunu deyir və "sübut" eliyir. Dinlər, dünyəvi baxışlar, ideologiyalar, mentalitetlər, fəlsəfi fikirlər bir-birilə yarışır, özünə haqq qazandırır. Siyasətçilər debat əvəzinə digərini ortadan götürməklə məşğul...
Əslində eləbil hamı dərdli, xəyanət görən tərəfdi, çox iş-gücü var "məşğul" statusunu dəyişdirə bilmir, kimlərdənsə "sübut et" əmri almış sanki, özünü sübut edir, etməyə var qüvvət ilə çalışır, düzdü özünü yaxşı, təmizqəlbli, düzgünlük tərəfdarı, saxta gülüşlərlə gülərüz, tolerant, optimal, əsl lider kimi göstərə bilir, amma və lakin özü kimi bir insan ola bilmir, özünün necə olduğunu göstərə bilmir, nədənsə cəmiyyətin ona elədiyi əmrə, modelə uyğun bir insan kimi yaşamağa çalışır. Əgər həyat, ömür bizə verilibsə sifariş almaq, kiminsə istədiyi insan olmaq nəyə lazım axı?!. Niyə öz fikrimizi, özümüzü sübut edək, niyə "sübut et" elmini öyrənək.? Bu elm niyə bizi özümüzdən uzaqlaşdıran, mənasız, lazımsız bir cəmiyyət standartlarına uyğun, mentalitet qəlibi altında arxaya qayıdan bir toplumdan biri etsinki.?!
Özümüzü sübut etməyə çalışmadığımız insanların əhatəsində, cəmiyyətin bir parçası olaraq özümüz kimi yaşamaq ümidi ilə.....)

Коментарі
Показати всі коментарі
(1)