Ferman Azad
@fermanazad
.
Вірші
Sənə ithaf
Qardaşlar içində uca ad aldın Əməlin ölməzdi, tarixdə qaldın Düşməni qurduğu tələyə saldın Sən dahi insansan, ucadan uca Uğur qapıların bir-bir açmısan Sən durmamısan haqqa qaçmısan Birinci dərəcə birə çatmısan Ağıl sahibisən, zirvədən zirvə Təriflər biryana həqiqət deyək Açığı cahilsən, izn ver gülək Elmindən danışki, biraz biz bilək Təkəbbür əhlisən, alçaqdan alçaq Haqqsızlığa qarşı sözmü demisən? Sən halal yox ancaq haram yemisən Məzlum ah-naləsin eşitməmisən Sən axmaq məxluqsan, zərrədən zərrə Aynanın önündə sənə baxıram Baxıram üzünə misra yazıram Sus bir həqiqəti deyim, hazıram Həm təqdir həmdəki təhqir yazıram 13 iyul 2024
0
0
53
Son ver
Haqqsızlıq qarşımda uca bina tək. Qalmışam üz-üzə onla özüm tək. Ya təslim ol yada haqq qılıncın çək. Son ver bu zülümə, bu işgəncəyə. Ey dahi üzünü döndərmə məndən. Bilirəm küsmüsən millətdən, məndən. Öyrənə bilmədik çox şeyi səndən. Son ver bu şeirə, bu məngənəyə.
0
0
118
Düşün
Tələsik tapılan fikirlər kimi Getdikcə azalan ümidlər kimi Cavabı düz tapan dərinlər kimi Qorxma birazcada dərindən düşün. Hörmətsiz mühitdə lazımsız həyat Yuxuya gedəni biraz tez oyat Ya lazım inqilab, yada ki, cihad Biz istəsək olar? Dərindən düşün. 02.05.2018
0
0
132
Mı?
Günahsız birinə günahkar kimi. Pis rəftar eliyib vurmaq olarmı? Hörmətsiz adama hörmətli kimi. Bir kitab danışsan başı dolarmı? Əzəldən dostuna bir düşmən kimi. Amansızca hücum etmək olarmı? Qatı düşməninə bir yoldaş kimi. Süfrədə çörəyi bölmək olarmı? Haqqın elçiləri gələnə kimi. Məzlumu bu qədər əzmək olarmı? Boynunu qılıncla vurana kimi Bu qədər dikbaşlı gəzmək olarmı?
2
2
259
Olmusan
Bir dəfə doğuldun, birdə ölmədin. Kədərə boğuldun, heç vaxt gülmədin. Arxadan vuruldun, yoldan dönmədin. Olmusan ömürlük qardaşım mənim. Dinimiz, irqimiz başqa nə fərqi.? Ölkəmin qərbi ol yadaki şərqi. Əfsanə, nağıl ol ya tamam həqqi. Olmusan ömürlük yoldaşım mənim. Eləbil yuxusan ayıldım yoxsan. Namərdə vurulmuş qara bir oxsan. Sən dünya malına həmişə toxsan. Olmusan ömürlük sirdaşım mənim. Bu məmləkət üçün dahi birisən. Sən ölə bilməzsən daim dirisən. Bu kiçik oyunun böyük sirrisən. Olmusan ömürlük fərmanım mənim.
2
0
253
Ağ Ölüm
Dayanıb tində bir oğlan, hələ çox cavan. Kənarda gündüz vaxtı göydə ulduz sayan. Deyən lazım etmə bala ayaq saxla, bir dayan.   Onu tez yerə at.! - Əlindəki "ağ ölümdür". Min cavanlar güldürən, Min cavanlar öldürən. Fikirləş bir ağlını sal başına. Kaş yarıyoldan bu fikirdən daşına Axı cavansan bax bir öz yaşına. Dön sağına bax yerdəki yoldaşına. Nəsə gəlirmi keçmişdən yaddaşına.? Nə faydaa....! Dönmədi fikirindən heyifki cavan. Yaşaya bilərdi çörəyi yesəydi yavan. Heyifki o cavan özündən getdi. Ürək dözmədi, ruh bədəndən getdi. O cavan həyatdan doymadan getdi. "Ağ ölüm" apardı 'ağ' ilə getdi. Dəfninə nə qədər insan, camaat getdi. Sonrada hamısı yığışıb evinə getdi. Qayıtmayan bir tək o cavan oldu. Yenədə ağ ilə "ağ ölüm" oldu.
3
0
599
Kişi ağlamaz
Ağlamaq hissi..... Rahat olursan ağlayanda. Ağlamaq iki cürdür insanda.   -Ya daxilə düşüb ürəyə damır.   -Ya xaricə vurub yanağdan axır. Bəlkədə heç axmır gözündə qalır. Bəlkədə göz yaşın gizlin azalır...   "Kişi ağlamaz" deyirlər - onlar.    -Niyə ağlamaga pis baxır onlar.? Kişinin Ana, Atası yoxdumu görən.? Ağlaya bilməzmi dünyadan köçübsə onlar.?    Kişi yarı getsə ağlamasınmı.? Dostu satqın çıxsa ağlamasınmı.? Bəxti qara gəlsə ağlamasınmı.?    Ağlamaq kişiyə haramdır.? Niyə.? Yoxsa qorxur ona kimsə söz deyə.?   "Kişi ağlamaz" deyirlər - deyə Kişilər ağlayır gizlicə niyə.?.  
3
0
652
Qazandı.
Vəziyyət dağıldı yerdə nə qaldı.? Yaxşı nə vardısa silib apardı. Yaxınları bizdən bir-bir qopardı. Bu yalan dünyada yalan qazandı.! ▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪ Heyif elm-təhsildə gərəksiz olmuş. Kafelər, barlar min cavanla dolmuş. Bekarçılıq necə uzun bir yolmuş. Bu fîkri başıma salan qazandı.! ▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪ Soruşmaq gərəksiz lazımmı kömək.? Kömək et həmişə nə lazım demək.? Bəlkədə lazımdı bir tikə çörək.? Savab etməyib pis qalan qazandı.! ▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪
3
0
646
Heyif ki.
Qələmimi qırmaq istəyənlərin sayı artıb. Hələdə mən yazıram,heç onlardan qorxmamışam. Kimlərki bugünlərdə sifətimə yumruq dartıb. Heyif ki, dünəndən onları tutub boğmamışam.
6
0
726
Fərman Azaddı.
Varlı vicdansızlar bəydi,cənabdı. Kasıba düşən isə dərddi,əzabdı. Qınama yaltağları qanı xərabdı. Millətin vəziyyəti pisdi,hərabdı. Günahsız içərdə günahkar azaddı. Güyaki sözdə hərşey düzdü,abaddı. Əməllə sözlər bir-birinə təzaddı. Bir şair var uzaqda Fərman Azaddı.
3
0
665